
Müsabiqə haqqında
«Regional İnkişaf» İctimai Birliyi və "Orxan Aslanov studiyası" foto müsabiqə
elan edir. İştirakçılar fotoaparat və ya mobil telefon vasitəsi ilə ölkəmizin
mədəniyyətini, tarixini, təbiətini, insanlarını, mətbəxini, sosial həyatını,
incəsənətini, şəhərləri, kəndləri, bir sözlə bütün həyatı əks etdirən 3 ən yaxşı
fotonu bizə göndərməklə müsabiqədə iştirak edə bilər.
Müsabiqə 18 noyabr 2019-cu il tarixindən 18 dekabr 2019-cu il tarixinə qədər
davam edəcək. Müsabiqə üçün nəzərdə tutulan fotolar azerbaycanim@riib.az e-mail
ünvanına göndərilə bilər.
Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
Müsabiqənin şərtləri
1. Bir şəklin həcmi 5 MB-dan artıq olmamalıdır.
2. Şəkillərin ölçüsü 3000 pixel-ə qədər olmalıdır.
3. Şəkillərin son qəbul tarixi 8 dekabr 2019-cu ildir.
4. Səsvermənin son tarixi 18 dekabr 2019-cu ildir.
5. İlkin mərhələdən keçən fotolar instagram səhifəmizdə yerləşdiriləcək.
Qaliblər necə müəyyənləşəcək?
1-ci yer: Münsiflər heyəti tərəfindən müəyyənləşəcək.
2-ci yer: İnstagramda bəyənilmə sayı və münsiflər heyəti tərəfindən müəyyənləşəcək.
3-cü yer: Sonda keçiriləcək sərgi zamanı səsvermə ilə müəyyənləşəcək.
Şəkilləri göndərərkən aşağıdakılar qeyd olunmalıdır:
1. Ad və Soyad
2. Telefon nömrəsi
3. Ünvan
4. Instagram hesabı
Şəkillər 8 dekabr 2019-cu il tarixinədək qəbul olunacaq!
Hədiyyələr
-
1-ci yer:
Canon 6D mark II
Canon 50mm 1.4
Zeiss Lens Cleaning kit
National Geographics backpack
Sandisk 64GB
Reader Sandisk
-
2-ci yer:
MacBook Pro 2017 13”
National Geographics backpack
-
3-cü yer:
2 nəfərlik Kapadokiya səyahəti
Partnyorlar

